Qazaxda Tovuz döyüşləri şəhidinin əziz xatirəsi ehtiramla anılıb - FOTOLAR

Qazaxda Tovuz döyüşləri şəhidinin əziz xatirəsi ehtiramla anılıb - FOTOLAR

Azərbaycanın 30 ilə yaxın işğal altında olan torpaqlarının azad olunmasına yol açan, Azərbaycan Ordusunun qəhrəmanlıq səlnaməsinə qızıl hərflərlə yazılan döyüşlərdən biri də Tovuz döyüşləridir. Bu döyüşlər də Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil olub, düşmən hücumlarının qarşısı qətiyyətlə alınıb. SİA-nın verdiyi məlumata görə, artıq ikinci ildir ki, Tovuz döyüşləri zamanı qəhrəmancasına həlak olan igidlərimizin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən ehtiramla yad olunur.

Tovuz döyüşləri zamanı şəhid olan igidlərimizdən biri də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuş mayor Namiq Əhmədovdur. 13 iyul 2022-ci il tarixdə YAP Qazax rayon təşkilatının fəalları şəhidimizin uyuduğu Qazax rayonunun Yuxarı Salahlı kənd qəbrstanlığında olublar. Tovuz döyüşlərinin şəhidi mayor Namiq Əhmədovun keçdiyi şərəfli yoldan bəhs edilib, məzarı önünə tər qərənfil dəstələri düzərək, onun əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə