“Bildiyiniz kimi yay mövsümü ilə əlaqədar olaraq isti iqlim şəraitinin olması gözlənilir. Bəzi məlumatlarda isə istilərin anomal dərəcədə artacağı gözlənilir. Ona görə də bu istilərlə necə mübarizə aparmağın yollarını bilməliyik". Bu fikirləri SİA-ya açıqlamasında həkim Tariel Eyvazov bildirib.
Onun sözlərinə görə, havanın istiləşməsi məsələsi BMT-nin proqramlarında siqaret, alkaqollu içkilər, həddən artıq yemək və s. tipli ziyanlı məsələlərlə bir səviyyədədir: "Həmin məruzdə göstərilir ki, iqlimin dəyişməsi ilə ildə 150 min insan tələf olur. 2000-ci ildən bəri iqlimin dəyişməsi ilə əlaqədar bir çox xəstəliklər, xüsusilə bağırsaq xəstəlikləri artıb. Xroniki xəstələr, yaşlılar, uşaqlar anomal istilərdə daha çox əziyyət çəkir. Anomal istilər nəticəsində əsasən atmosfer təzyiqi dəyişir. Atmosfer təzyiqinin dəyişməsi isə orqanizmin həmin vəziyyətə uyğunlaşmasında problem yaşadır. Nəticədə isə risk qrupuna daxil olan insanların həmin vəziyyətə uyğunlaşmasında problem yaradır. Adaptasiyanın pozulması nəticəsində risk qrupundan başqa ürək-damar xəstəliyindən əziyyət çəkən insanlar da əziyyət çəkirlər. Orqanizmdə buxarlaşma baş verir, mayenin azalması nəticəsində qan qatılaşır. Bu da ürək-damar xəstəliyi olan insanlarda baş verir.
Anomal istilərlə necə mübarizə aparmaq lazımdır? Bir qədər qəribə səslənsə də fiziki aktivliyi azaltmaq lazımdır. Günəşin altında deyil, daha çox kölgədə gəzmək lazımdır. Maye qəbulu artırılmalıdır. Məsləhətdir ki, gün ərzində 1,5-2 litrdən artıq maye qəbul edilsin.
Anomal istilərdə yaşlıları, uşaqları, xroniki xəstəliyi olan şəxsləri diqqətdə saxlamaq lazımdır. İmkan daxilində sərin otaq tempraturunda vaxt keçirmək lazımdır. Gərginlikdən, stresdən uzaq durmaq lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB