Ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. O dövrlərdən etibarən mətbuatımızın inkişaf etməsi üçün bir bir sıra cəhdlər göstərilib. Nəticədə hazırda mətbuatımız xeyli inkişaf etmişdir. Dünyada və ölkədə baş verən hadisələrdən mətbuatımız sayəsində anında xəbər alırıq. SİA olaraq 22 İyul Milli Mətbuat Günü ilə bağlı şəhər sakinləri arasında sorğu keçirdik:
Şəhər sakini Sevinc Zamanova: "İndi dünya çox inkişaf edib. İstədiyimiz məlumatı asanlıqla əldə edə bilirik. Bu da getdikcə dünyamızın texnologiya dünyasına çevrilməsindən asılıdır. Hər hansı bir xəbəri anındaca sosial şəbəkələrdən öyrənə bilirik. Bunda mediamınız rolu böyükdür".
Şəhər sakini Azər Hüseynov: " Təbii ki, Azərbaycan tarixində mətbuatımızın özünəməxsus yeri var. İndi xəbər əldə etmək çox asandır. Azərbaycan jurnalisti gərək öz adına uyğun hərəkət etsin və belə vicdanla öz vəzifələrinin icra edirlər. Yanğın hadisəsi baş verərsə və ya hər hansı bir qəza hadisəsi baş verərsə bunun işıqlandırılmasında jurnalistlərin rolu böyükdür. Gecə-gündüz, boran-qış demədən öz vəzifələrini yerinə yetirirlər".
Şəhər sakini Zərəngiz Almirova: "İndi mətbuatımız xeyli inkişaf edib. Ölkəmizdə baş verən hadisələri operativ şəkildə mediamız bizə çatdırır. Həmçinin cavan jurnalistərimiz də Vətən müharibəsində baş verənləri çəkib tarixə həkk ediblər. Minaya düşən jurnalistlərimiz öz xidməti vəzifələrini yerinə yetirərkən şəkid olub. Allah onlara rəhmət eləsin".
Şəhər sakini Rafael Hüseynov: "Mətbuat dedikdə ölkənin ən önəmli sahəsi ağla gəlir. Hansı ki ölkə gündəminin istər daxilə, istərsə də xaricə çatdırılmasında ən böyük rolu oynayır. Mətbuat sahəsi Azərbaycanda gündən-günə inkişaf edən ən uğurlu sahələrdən biridir, hətta birincisidir deyə bilərəm".
Şəhər sakini Mina Quluzadə: "Son zamanlarda mətbuatın inkişafında bir çox irəliləyişlər vardır. Mətbuatın rolu ölkədə çox böyükdür. Beynəlxalq tədbirlərdə ölkəmizin tanınması üçün böyük rol oynayır. Gündən-günə inkişaf edən mətbuatımızın yetişdirdiyi kadrlar ölkənin tanınmasında böyük rol oynayırlar".
Şəhər sakini Yusif Əlizadə: "Mətbuat həyatımızın ayrılmaz hissəsidir. Çünki hələ o dövrlərdən mətbuatın yaranması dövrün böyük bir hadisəsinə çevrilmişdi. Bildiyiniz kimi həmin illərdə senzura var idi hər kəs hər şeyi yaza bilmirdi. Amma dövrün mütəfəkkir insanları cəmiyyətini və xalqını maksimum dərəcədə hər şeydən agah etməyə çalışırdı. Hər bir dövlətin mətbuatı onun özünə xas olan xüsusiyyətlərə malikdir. Bu günkü gündə dövri mətbuatla yanaşı bizim məlumat əldə edə biləcəyimiz bir çox platformalar mövcuddur. Hansı ki, gündəlik xəbərləri və hadisələr barədə məlumatlar əldə edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB