"Bu gün dövlətin bu istiqamətdə keçirdiyi siyasət uğurludur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Bu gün Azərbaycanda şəhid ailələrinə və qazilərərə dövlət tərəfindən diqqət və qayğı çox yüksək səviyyədə göstərilir". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, bu təbəqədən insanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunub: "Bu gün qazilərə və şəhid ailələrinə dövlət tərəfindən yardımlar edilir, evlər verilir. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə bu məsələ xüsusi diqqətdə saxlanılır. Dünyanın çox az ölkəsində qazilərə və şəhid ailələrinə Azərbaycanda olduğu kimi diqqət və qayğı var. Bu gün bütün dövlət qurumlarında bu istiqamətlərdə tapşırıqlar verilib.
Hesab edirəm ki, bu gün dövlətin bu istiqamətdə keçirdiyi siyasət uğurludur. Biz tez-tez şəhid ailələri və qazilərlə görüşürük. Bəzən hansısa problemlər olur və bu təbiidir. Amma qısa zamanda dövlətin həyata keçirdiyi siyasət nəticəsində bu kimi məsələlər tezliklə həllini tapır”.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB