Təcili yardıma edilən müraciətlərin - SAYI

Təcili yardıma edilən müraciətlərin - SAYI

Bayram günlərində TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində çalışıb.

TƏBİB-dən SİA-ya verilən məlumata görə, həmin müddətdə təcili tibbi yardım üçün tam heyət - 130-a yaxın briqada fəaliyyət göstərib.

Bayram günlərində stansiyaya gün ərzində 2000-2200 arası çağırış daxil olub. Ən çox çağırış sayı isə (2200) iyulun 10-da qeydə alınıb.

Müraciət səbəbləri əsasən, təzyiq, ürək problemləri, halın pisləşməsi, müxtəlif növ travmalar və s. ilə bağlı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə