"Tetahilinq" nədir və psixologiyamıza necə təsir göstərir? - ARAŞDIRMA
İnsan beyni elektroensefaloqrafla izlənilə bilən elektrik aktivliyinə malikdir. İmpulslar müxtəlif tezliklərdə əmələ gəlir. Müəyyən edilmişdir ki, müxtəlif diapozonlar kifayət qədər spesifik vəziyyətlərə uyğundur. 4-8 hertz tezliyi ilə bizi maraqlandıran teta dalğaları dərin istirahət ritmləridir. Onlar insan demək olar ki, yuxuya getdikdə, oyanmaq üzrə olduqda və ya REM (yuxuda görmək) yuxusunda olduqda baş verir.
Teta şəfasının tərəfdarları əmindirlər ki, teta vəziyyəti təkcə reallıq və yuxu arasındakı sərhəd deyil, həm də şüur və şüuraltı arasındakı sərhəddir. Buraya çatan insan bir növ transa girir ki, bu zaman daha yüksək mənəvi qüvvə ilə əlaqə qurmaq və onun köməyi ilə öz həyatını yaxşılaşdırmaq prosesinə başlamaq imkanı əldə edir.
Dünyada minlərlə insan bu təsirli ezoterikdə iştirak edir.
"Theta Healing" münasibət və inanclarla işləməkdən ibarətdir. Şüuraltı zehnimiz erkən uşaqlıqda qoyulmuş nümunələrlə doludur və bəzi münasibətlər bir neçə əsr əvvəl genetik kodda möhkəm kök salmışdı. Bizim ailələrimizin əcdadlarımızın başına müxtəlif hadisələr gəlib, onlar müxtəlif talelər yaşayıblar, bəzi münasibətlər onlara o qədər təsir edib ki, indi bu inanclar, qorxular, komplekslər və stereotiplər yüz illərlə yaşayıb, artıq bizə təsir edir. Bu parametrlərin məkrliliyi ondan ibarətdir ki, siz onları heç fərqinə belə varmayacaqsınız.
"Theta Healing", şübhə altında qalarkən tətbiq edilə bilməz. Yeri gəlmişkən, bu səbəbdən bir çox insanlar bu təcrübələri qeyri-işlək adlandırırlar. Nəfəsi izləməyə başlayarkən hər nəfəsin ritminə, dərinliyinə diqqət yetirmək, özümüzü problemlərdən və mənfi düşüncələrdən yayındırmağa çalışmaq deməkdir.
Başqa bir yol isə meditasiyadır. Münasibətlər əsasən uşaqlıqda valideynlərin və ətraf mühitin təsiri altında formalaşır. Bura həm də yeniyetməlik və yetkinlik dövründə ortaya çıxan hallar daxildir.
"Tetahealer" Leyla Kürçaylı SİA-ya açıqlamasında "Theta Healing"in yaranma tarixindən və insanlara olan faydalarından danışıb.
"Theta Healing" bilinc altı səviyyəsində meditasiya yolu ilə şəfalanma metodikasıdır. 1995 ci ildə amerikalı Vayana Staybl tərəfindən yaradılıb. "Theta Healing"in yaranışından bir neçə il öncə Vayanaya sümük xərçəngi diaqnozu qoyulur. 80% bir ayağının amputasiya olunacaqı deyilir. Sırf "Theta Healing" sayəsində Vayana bu xəstəliyə güc gələ bilir. Və bu hadisədən sonra thetahealing təlimlərini və tədrislərini həyata keçirmək üçün bu metodikanı sistemləşdirir. Hal-hazırda dünyanın 30 dan çox ölkəsində "Theta Healing" təlimləri keçirilir. Avropanın bir çox xəstəxanalarında həkimlərlə yanaşı "thetaheallerlər" də çalışır. Xəstəliyin həm fiziksəl həm ruhsal səbəblərini aradan qaldırmaq üçün kompleksli müalicələr möhtəşəm nəticələr verir.
"Theta Healing"lə hər insan məşqul ola bilər. Bu metodika ilə istənilən xəstəliyin kök inancı və problemləri aradan qaldırıla bilər. Hər bir xəstəliyin ruhsal səbəbi var. Hər bir ruhsal problemin isə bilinc altında yatan səbəbi var. Bu səbəblər aradan qaldırıldığı zaman yaşadığımız problemlərdə aradan qalxmış olur. Belə problemlərin sırasına fobiyalar ,komolekslər, tiklər, qorxu və həyəcan, aşırı titizlik və s. kimi həyatımızı çətinləşdirən məqamlarda daxildir. 7 yaşdan kiçik uşaqlarda yaranan problemləri onların valideyinləri ilə seans apararaq aradan qaldırmaq mümkündür. "Theta Healing" əqli qüsurlu insanlarda adətən effektiv olmur. Çünki həmin kəslər əksər zaman diqqətlərini bir obyekt üzərində toplamaqda çətinlik çəkirlər.
Bugünə kimi "Theta Healing"in kiməsə mənfi bir təsir göstərdiyini görməmişəm. Çünki bu metodika başdan sona pozitiv düşüncələr və hisslər üzərində qurulub. Təməl olaraq yüksək enerji üzərində yaranmış bir bilinc altı meditassiya növüdür. Ölkəmizdə çox sayda "Theta Healing" mərkəzləri fəaliyyət göstərir. Onlardan ilki 2017 ci ildə Xavər Tağızadənin yaratdığı "Theta Healing" Azərbaycan mərkəzidir. Xavər xanım Azərbaycandaki ilk thetahealer,mənim müəlliməm və məni dünyaya gətirən qadındır. Onunla fəxr edirəm.
Yuxarıda qeyd etdiyim kimi mənim bu sahəyə marağım 5 il öncə anamın "Theta Healing" tədrisi alması ilə başladı. Onun bu metodika sahəsində öz şəxsi həyatında qəth etdiyi yol məni ilhamlandırdı. Anladım ki "Theta Healing" əslində insan doğulduğu andan etibarən onun həyatında yer alması qərəkən bir anlayışdır. "Theta Healing" insanın bu həyatdaki sığortasıdır. Onun daxili gücünü, potensialını və özgüvənini artıran, pozitivə kökləndirən, pis düşüncələrdən, neqativlərdən uzaq durmağı öyrədən bir fəlsəfədir. "Theta Healing" gələcəkdə insanlığın, xoşniyyətliyin, sevginin və şəfanın əsas mənbəyinə çevrilə biləcək potensialda bir yaşam tərzidir. Bəli mən buna yaşam tərzi deyirəm. Çünki hər "thetahealer" bu metodikanı öyrəndikdə öz yaşam keyfiyyətini artıraraq cəmiyyətə və özünə faydalı və gərəkli bir insana çevrilir.
"Theta Healing" niyə təhlükəlidir?
"Theta Healing" ilə az-çox tanış olan insanların ən böyük qorxuları köhnə, mənfi inancların boşaldılması və onların yerinə yeni nümunələrin yüklənməsi prosesləridir. Adətən belə mürəkkəb iş teta-şəfanın ixtisaslı mütəxəssisləri tərəfindən həyata keçirilir. Lakin təcrübəsiz təcrübəçi bir insanın inancları ilə işləyirsə, belə bir boşaltma çətin ola bilər.
"Theta Healing Master" bir insanın şüuraltından bütün nümunələr toplusunu boşalda bilər. Belə bir seansdan sonra pasiyent keçmişi olmayan bir insan kimi özünü boş hiss edə bilər. Bəlkə kimsə sarsıntılar və stresslər haqqında xatirələrdən qurtulmağa sevinəcək. Ancaq bilincaltının kompleks təmizlənməsi hissi yeni bir qorxuya, depressiya hissinə səbəb ola bilər.
Yeni nümunələrin yüklənməsi prosesindən sonra bir şəxs yan təsirlərlə qarşılaşa bilər: yüngül başgicəllənmə, zəiflik. Təcrübəli ThetaHealing ustası bu barədə xəbərdarlıq etməlidir.
ThetaHealing-in populyarlığının kəskin artması qaçılmaz olaraq sürətli nəticələr vəd edən "mütəxəssislər" yetişdirir. Bu cür kursların sadəlöhv iştirakçıları bir seansda şüuraltılarını tamamilə "yenidən canlandıra" biləcəklərini gözləyirlər. Təbii ki, insanlar belə kurslardan məyus halda ayrılırlar. Sosial şəbəkələrdə neqativlərin bolluğu buna görədir.
Psixoloq Aytən Ələkbərova qeyd edir ki, "Theta healing"in psixoloji və tibbi təsirləri həddindən artıq effektivdir. Hansı effektlərdən danışa bilərik desək bunun içində bir neçə kriteriya var.
İlk olaraq insanın özündə yaratdığı bir inam. Yaranan inam daxilində həyatında və yaxud ətrafında baş verəcək xəstəliklərin yan təsirindən ötəri halda keçməkdir. Deyək ki, insan yaranan xəstəliyi ilk olaraq necə qarşılayır. Və psixoloji olaraq onun immuniteti buna cavab verirmi yoxsa yox? Çünki hər bir insanda ilk olaraq yaranmış xəstəliyə qarşı müəyyən reaksiyalar yaranır. Biz belə insanlarla işləyərkən meditasiyanın müxtəlif metodlardan istifadə edərək onun xəyali gücünü ön yarğıya çəkirik. Həmin o ön yarğının içərsində ilk olaraq rənglər aləmində, təbiətin qoynunda hiss edir. Bir mühitdən digər bir mühitə gedərək ruhunda dirçəliş yaranır. Müəyyən metodlardan seçdiklərdən asılı olaraq, istər rənglər olsun, istər ağac terapiya olsun istər nağıl terapiyası olsun immuniteti qaldıraraq özünə inam hissi yaradır və xəstəliyə qalib gəlməsinin ilk seanslarını həyata keçirmiş olurlar.
Bəzən uğur terapiyaları apardığımız zaman pasiyentlər uğursuz bir durumda bizə müaciət etmiş olurlar. Təbii ki ilk olaraq biz onların psixiki tempramentini və psixi xüsusiyyətini üzə çıxardırıq sonra isə onlar arasında bir "iks" qoyaraq sanki bir riyazi tənlik kimi axtarışda oluruq. Nəticədə də pasiyyentlə psixoloq arasında effektiv bir ünsiyyət yaranır. Ünsiyyətin nəticəsində də meditasiyamızın uğurlu keçməsinin əsas səbəbi də psixoloqun kvant düşüncə ilə pasiyentin ruhuna toxunmasıdır. Bütün bunların nəticəsində insanda özünə inam, ruh yüksəkliyi, yüksək səviyyədə enerji və həyat eşqi yaranır.
Müəllif: Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə