Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin əməkdaşları Qurban bayramı münasibətilə 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Bayramov Xəzər Azad oğlunun və Quliyev Məhəbbət Arzu oğlunun ailəsini ziyarət ediblər.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ziyarət zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Vətən uğrunda qurban gedən şəhidlərin əziz xatirəsinin hər kəsin qəlbində əbədi olaraq yaşayacağı vurğulanıb.
GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı şəhid ailələrinə dövlət səviyyəsində olan diqqətdən söz açıb ölkəmizin hər yerində olduğu kimi Ağcabədidə də şəhid ailələrinin problem və qayğılarının ən ümdə məsələ olduğunu vurğulayıb. Qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir: “Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib. Buna görə də hər bir şəhidin keçdiyi həyat yolu gənclərimiz üçün canlı bir nümunədir. Odur ki, gənclərimizin şəhid ailələrini ziyarət etməsi, onların döyüş yolu ilə yaxından tanış olması gələcək nəsillərdə vətənpərvərlik hissinin daha da möhkəmləndirilməsində mühüm rol oynayır”.
Görüşdə övladları haqqında xatirələrini bölüşən şəhid valideynləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. GTM Qarabağ ofisi və GÜVƏN Xeyriyyə və Dostluq Cəmiyyəti tərəfindən ailələrə bayram sovqatı da çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB