Şəhid hərbçimizin ailəsi Qurban bayramında ziyarət olunub

Şəhid hərbçimizin ailəsi Qurban bayramında ziyarət olunub

Astarada Qurban bayramı münasibətilə şəhid hərbi qulluqçumuzun ailəsi ziyarət olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşları Qurban Bayramı ərəfəsində Vətən müharibəsində şəhid olan DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu, baş çavuş Orxan Babayevin ailəsini ziyarət ediblər. Bayram sovqatı ailəyə təqdim olunub. Müqəddəs amal uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin daim qəlblərdə yaşayacağı, onların igidlik və qəhrəmanlığının gənc nəsillər üçün daim örnək olacağı bir daha qeyd olunub.

Şəhid hərbi qulluqçumuzun valideynləri göstərilən diqqətə və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə