Kral Salman bin Əbdüləziz zəvvarlara və dünya müsəlmanlarına müraciət edib
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Həcc ziyarətində olan zəvvarları və bütün dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib. SİA rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Kral Salman bin Əbdüləziz dövlət televiziyasında çıxışında krallığın COVID-19 ilə mübarizədə göstərdiyi müsbət səylər sayəsində bu il zəvvarların sayının bir milyona çatdırıldığını, onların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirlərin görüldüyünü bildirib. O, dünya müsəlmanlarına sülh, rifah, Uca Allahın qarşısında günahlarının bağışlanması və Həcc ziyarətinin qəbul olunmasını arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB