Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı tərəfindən müqəddəs Qurban bayramı münasibətilə aksiya keçirilib. SİA-nın verdiyi məlumata görə, aksiyada rayon təşkilatının əməkdaşları Fuad Heydərli, Aysel Nəsibova, Aysel Vəliyeva, Əfəndi İbrahimli iştirak ediblər.
Aksiya çərçivəsində rayon sakinləri olan şəhid ailələri və qazilərə Qurban payları verilib, bayramları təbrik edilib.
Qazilər və şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bayram münasibətilə ümumilikdə Səbail rayon sakini olan 140 ailəyə Qurban bayramı sovqatı paylanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB