Bu gün Mənzil İnşaat Dövlət Agentliyi mətbuat konfransı təşkil edib. SİA-nın verdiyi məlumata görə, konfransda MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Günel Hüseynova, R.İ.S.K elmi istehsalat şirkətinin icraçı direktoru Rüfət Quliyev və media nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı bildirib ki, 30 mart 2022-ci il tarixində Yasamal Yaşayış Kompleksində yerləşən 442 mənzilin seçim prosesi baş tutandan sonra müəyyən şübhəli hallar müəyyən edilib: “MİDA buna görə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib. Qeyd olunub ki, müdaxilələr nəticəsində bərabər seçim şərtləri pozulub və buna görə də satış prosesinin bütün nəticələri ləğv edilib. Mənzillərin seçimi barədə elan satış tarixindən ən azı 30 gün əvvəl verilir. Hər elandan sonra, təxminən 1 ay müddətində güzəştli mənzilin DEMO versiyası elektron kabinetə sahib olan şəxslərə verilir. Burada məqsəd iştirak etmiş şəxslərin sistemdən istifadəni təkmilləşdirilməsi ilə bağlıdır. Satış elektron qaydada həyata keçirilir. Mənzil seçimi prosesi cəmi iki mərhələdən ibarətdir. Lakin güzəştli mənzil sisteminin bəzi istifadəçiləri tərəfindən bu sistemi daha sürətli etmək üçün müəyyən şəxslərə xüsusi proqram təminatları hazırladılıb. 30 martda keçirilən seçimlərdə də bu proqram təminatlarından istifadə edilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Günel Hüseynova bildirib ki, kənardan müxtəlif proqram təminatçıları tərəfindən 30 martda güzəştli mənzillərin seçim prosesinə müdaxilələr araşdırılıb: “Başlanmış cinayət işi üzrə araşdırma aparılıb, mənzillərin güzəştli şərtlərlə seçimi həyata keçirilərkən qeyd olunan seçimlərin sürətli aparılması aşkarlanıb. Qeyd etmək istərdim ki, 14 apreldən bu günə qədər DTX-nin İstintaq Baş İdarəsi tərəfindən istintaq eksperimenti daxil olmaqla, çoxsaylı istintaq hərəkətləri həyata keçirilib”.
Konfransda çıxış edən R.İ.S.K elmi istehsalat şirkətinin icraçı direktoru Rüfət Quliyev bildirib ki, agentlik fəaliyyətə başlayandan bu günə qədər 8 layihənin icrasına başlayıb, bunlardan 4-ü başa çatıb. Bununla yanaşı, qeyd edilən layihələrdə 13 sosial obyekt istifadəyə verilib. 25 min vətəndaş artıq güzəştli mənzil sistemində qeydiyyatdan keçib”.
Sonda isə jurnalistlərin sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB