315 aztəminatlı ailəyə bayram sovqatları paylanıb - FOTOLAR

315 aztəminatlı ailəyə bayram sovqatları paylanıb - FOTOLAR

YAP Yasamal rayon təşkilatı, 17 saylı Yasamal üçüncü seçki dairəsinin millət vəkili Elnur Allahverdiyev və Yasamal rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatlarının paylanılması aksiyası sona çatıb. SİA xəbər verir ki, beş gün ərzində 17 saylı Yasamal üçüncü seçki dairəsi ərazisində aztəminatlı ailələr ziyarət edilib. Qurban bayramı münasibəti ilə həmin ailələrə bayram sovqatları paylanılıb.

Aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər. Bu gün 115 aztəminatlı ailəyə bayram sovqatları paylanılıb. Ümumilikdə 315 aztəminatlı ailəyə bayram sovqatları paylanıb.

Qurban bayramınız mübarək!

Zümrüd

Bütün xəbərlər Facebook səhifəmizdə