BŞİH aksiyaya icazə vermədi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bir qrup şəxsin Nazirlər Kabinetinin qarşısında iyulun 13-nə təyin etdiyi aksiya ilə bağlı müraciətinə cavab verib. SİA-nın xəbərinə görə, aksiya təşkilatçılarına təqdim olunan cavab məktubunda BŞİH aksiyanın keçirilməsinə razılıq vermədiyini bildirib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi də iyulun 13-də bir qrup şəxsin Nazirlər Kabinetinin önündə aksiya keçirmək barədə çağırışlarına münasibət bildirib.

DİN-dən bildirilib ki, icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsi yolverilməzdir.

Bütün xəbərlər Facebook səhifəmizdə