“Əhməd Cavadın adını daşıyan Gəncə şəhər 2 saylı orta məktəb yaxşı vəziyyətdə deyil”. SİA xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiya iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu il Əhməd Cavadın 130 illiyi keçiriləcək: “Əhməd Cavad Azərbaycanda və Türk dünyasında olduqca önəmli bir şairdir. Əhməd Cavadın adını daşıyan Gəncə şəhər 2 saylı orta məktəb yaxşı vəziyyətdə deyil. Aidiyyatı qurumlardan xahiş edirəm ki, bu məktəbin bərpası həyata keçirilsin”.
Kəmalə Təyyarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB