Teatr sənətinin əsasları hətta ilkin sivilizasiyalar yaranmazdan əvvəl ibtidai cəmiyyətdə mövcud olmuşdur. Teatr sənəti həm Şərqdə, həm də Qədim Yunanıstanda, Romada yaranmış, sonra orta əsrlər və intibah Qərbi Avropa və Rusiyada inkişafını davam etdirmişdir.
Teatrın tarixi keçmişinə müraciət edərək qeyd edim ki, ən qədim zamanlardan müxtəlif tamaşalar, mövcud olub. Bu, müxtəlif şərtlərlə bağlıdır. İstirahətə ehtiyacı olanlar, özünü, dünyanı, insan ruhunu bilmək və kəşf etmək istəyənlər və s.. Gerçəkliyin bədii əks olunması dramatik hərəkətin köməyi ilə həyata keçirilirdi. Personajların qarşılıqlı əlaqəsi, psixoloji və ya sosial konfliktlərin açıqlanması, tamaşaçını planın həyata keçirilməsində iştiraka cəlb etmək cəhdi - teatr aksiyasının əsas nəbzidir.
Teatr fəaliyyətinin formalaşması üçün tarixi ilkin şərtlər ibtidai dövrdə meydana çıxır. Bir qayda olaraq, bu rituallar nəğmələr oxumaq, rəqs etmək, qədim musiqi alətlərində ifa etməklə müşayiət olunurdu. Rituallara tayfaların həyatı ilə birbaşa bağlı olan müxtəlif tamaşalar da daxil idi. Sehrbazın və ya Şamanın atributlarına və geyiminə mühüm rol verilir, səs effektləri yaradılır, tamaşaçılara və aksiya iştirakçılarına təsirini artırırdı. Təbiət qüvvələri, təbiət hadisələri və elementləri ilə eyniləşdirilən tanrıların şərəfinə teatrlaşdırma elementləri olan bayramlar keçirilirdi. ilk teatr tamaşaları belə yaranmağa başlamışdır.
Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Qədim tarixə malik "Sayaçı", "Novruz", "Gəvsəç" kimi mərasimlərdə teatr səhnələri canlandırırdılar. Bəs hazırda teatrlarımızdakı vəziyyət necədir?

Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədova SİA-ya açıqlamasında xalqımızın teatra olan münasibətindən və milli teatrlarımızın çatışmayan cəhətlərindən danışıb.
Azərbaycan teatr tarixinə nəzər saldıqda görürük ki, müəyyən mərhələlərdə milli teatrımız zamandan geridə qalmış, dövrlə ayaqlaşmağa çətinlik çəkmişdir. Sözügedən dönəmlərdə teatrımız dünya teatr məkanında yaşanan tendensiyalardan xəbərsiz qalmış, Avropa teatrının nailiyyətlərini öyrənib tətbiq etmək imkanına malik olmamışdır.
Hər teatrın öz üslubu olaraq səhnəyə yeni nəfəs gətirir. Bu da tamaşaçılarda maraq oyadır. Nə qədər sənət var, bir o qədər də sənətdə olan insanlar əllərindən gələni edəcəklər ki, bəlli bir məktəb keçib inkişafa doğru addımlasın. Bayaq qeyd elədiyim kimi hər teatrın ələxsus müstəqil teatrların öz üslubları və öz tamaşaçısı olur. İnkişaf olmasa müstəqil teatrlar da açılmaz, demək inkişaf var ki teatrlar da fəaliyyətini yeni tendensiyalarla davam edir.
Hər teatr öz üslubunda bəlli bir pillədədir və daim məqsədli şəkildə o pillələri addım - addım qalxaraq sənətimizi tamaşaşıya sevərək təqdim edir.
Əlbətdə, biz Moskva və ya Gürcüstan xalqı kimi, teatral xalq deyilik. Amma buna baxmayaraq son illər teatra maraq doğurdanda artıb. Mən həmişə demişəm tamaşaçının marağını artırtmaq ya qazandığın tamaşaçını itirmək istəmirsənsə ona elə bir məhsul göstərməlisən ki, onun təəssüratından çıxa bilməsin.
İnsanların teatra olan marağı necədir?
Allah qəni-qəni rəhmət eləsin, mənim ustadım əvəzolunmaz rejissor Vaqif Əsədovun bir çox tamaşalarına eyni tamaşaçı bir neçə dəfə gəlib baxırdı, niyə? Çünki tamaşa o qədər maraqlı olub ki, illər ötməsinə baxmayaraq yenə də sevərək gəlib izləyirlər. Yaxşı tamaşaya tamaşaçının marağı həmişə olacaq.
Ümumiyyətlə iş olan yerdə çatışmamazlıqlar da olacaq, səhvlər də olacaq. Amma əsas odur ki iş var və iş gedir. Qlobal çatışmamazlıqlar yoxdur təbii ki, amma məncə repertuara, quruluşa daha diqqət olunmalıdır. İnternet sürət dövrüdür və informasiya o qədərdir ki, bəzən ayaqlaşmaq çətin olur. Öz köklərimizi unutmamaq şərti ilə 21-ci əsr sürət dövrünə uyğun olaraq tamaşalar qoyulmalıdır. Nəinki teatr, elecə də kinoda ən böyük çatışmayan cəhət bəzən özümüzü unudub, "kimləri və ya kimisə" tamaşada və ya filmdə çəkirik. Var olan dəyəri, öz mentallığını, tariximizi və kökümüzü unudurlar. Onsuz da biz kimlər kimisə ola bilmərik.

Lənkəran Dövlət Dram Tetarın aktyoru Emil Tağı Razayevin sözlərinə görə isə - müstəqil teatırların yaranması və inkişafı bir qızıl gülün ömrü qədərdir, bir qızıl gül nə qədər yaşayırsa müstəqil teatrların ömrü də o qədər olur. Çünki bizdə maliyyə dəstəyi yoxdur. Tamaşaçı kütləsi də olmadığına, maliyyə problemi yaşadıqlarına görə, müstəqil teatrlar özləri öz güclərinə çox uzun və davamlı fəaliyyət göstərə bilmirlər.
Tamaşaçıların sayını artırmaq mənə elə gəlir ki getdikcə daha da çətin olacaq, hətta mümkün olmayacaq. Çünki internet və sosial şəbəkələr dövründə yaşayırıq. Hər kəs evində ya ofisində oturub istədiyi mövzuda istədiyi hər şeyi irəli ötürərək baxa bilir. Kimdir daha bundan sonra gəlib saatlarla tamaşa izləyən? Amma yenə də rejissorların fərqli və gözəl qura biləcəyi tamaşalar qismən də olsa bu problemimizi həll edə bilər. İnsanların teatra olan marağına gəldikdə isə yüksək səviyyədə deyil, amma hələki bu günə çox şükr, gəlirlər, baxırlar normal səviyyədədir.
Müəllif: Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB