Qurban bayramında nələrə diqqət etməliyik? - DİN XADİMİ AÇIQLADI

“Qurbanlıq bayramı İsmayıl qurbanı adlanır. Ona görə ki, İbrahim Peyğəmbər (ə) yuxusunda oğlu İsmayılı qurban kəsməlidir”. Bu fikirləri SİA-ya açıqlamasında İlahiyyatçı-mütəxəssis Hacı Ağasəid Yaqubov bildirib.

Onun sözlərinə görə, İbrahim Peyğəmbər oğlunu qurban verərkən Allah hərəfindən bir qoç göndərilib: “Yəni sən mənə nə qədər bağlı olduğunu nümayiş etdirdin. Oğlunun əvəzinə bu qoçu qurban ver. Bu adət zaman keçdikcə bayrama çevrildi. Məhəmməd Peyğəmbər Mədinəyə hicrət etdikdən sonra İsmayıl qurbanını kəsmək Allah tərəfindən vacib əməl kimi buyrulmuşdur. Hansı ki o insan Həcc ziyarətinə gedəcək.

Ziyarətə gedən insanın qurban kəsməsi vacibdir. Həcc ziyarətinin özü 3 prosesə bölünür. Məkkədə olan insanların Həcc ziyarəti, 48 km məsəfədən Həcc ziyarəti və uzaq məsafədən Həcc ziyarəti kimi bölünür.
Həccə getməyən insanların qurban kəsməsi onların öz ixtiyarındadır. Əgər imkanları varsa qurban kəsə bilərlər. Bu müqəddəs bayramda qurban kəsmək savabdır. Qurbanı kəsən insan müsəlman olmalıdır. Heyvanın özündə qüsur olmamalıdır. İribuynuzlu, xırdabuynuzlu, qoyun, keçi, inək, dəvə qurban kəsilə bilər ki, bunların da yaş həddi müəyyənləşdirilib. 7-8 aydan yuxarı qoyun, 1 yaşdan yuxarı 2 yaşa qədər iribuynuz, 5 yaşa qədər isə dəvə qurbanı kəsmək lazımdır. İnsanlar qurban kəsdikdən sonra onun bir hissəsini kasıb insanlarla bölüşməlidir. Qurbanlıq heyvan 3 hissəyə bölünür. Bir hissəsi kəsən ailənin, digər hissəsi fəqirlərə, digər hissəsini isə tanış insanlara paylaya bilər. Allah kəsilən qurbanları qəbul eləsin! İllərdir ki, torpaqlarımızın azad olunması üçün qurban deyirdik. Həmd olsun ki, torpaqlarımız bu gün azaddır. İnşallah ki, Qarabağda qurbanlarımızı kəsib vətən yolunda şəhid olmuş qəhrəmanlarımızın ailələrini sevindirək”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə