Qeyri-sağlam qidalanmanın şagirdlərdə yaratdığı fəsadlar AÇIQLANIB

“Ölkə rəhbərliyi Qida Təhlükəsizliyi Agentliyinin qarşısında əhalinin sağlam qidalanması ilə bağlı tapşırıqlar qoyub. Bununla bağlı dövlət proqramında tədbirlər nəzərdə tutulur”. SİA-nın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov “Məktəblilərin qida bələdçiləri” pilot layihəsinin yekunlarına həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, sağlam qidalanma vərdişlərinin inkişaf etdirilməsi ölkə qarşısında duran vacib məsələlərdən biridir: “Qeyri-sağlam qidalanma nəticəsində kökəlmə, boy inkişafından geridə qalma problemləri yaranıb. Qida Təhlükəsizliyi Agentliyi Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir. Sağlam qidalanma tədbirləri ilə bağlı AQTA tərəfindən 20 minə yaxın şagird arasında geniş maarifləndirmə işləri həyata keçirilib”.

Bütün xəbərlər Facebook səhifəmizdə