Oyunlar uşaq beyninə necə təsir edir? - PSİXOLOQ İZAH ETDİ

"Hər bir oyunun və məşğuliyyətin insan beyni və şüuraltına axtardığı detallar var. Necə ki, deyirlər hansısa kinolarda, qısametrajlı filmlərdə subnemativ mesajlar var, əslində, bizim uşaqlarımızın da oynadığı hər bir oyunda xüsusi təsir qüvvəsi var". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Onun sözlərinə görə, öz uşaqlıq oyunlarımızı yadımıza salsaq, o vaxtı gizlənqaç oynayırdıq: "Bu oyun zamanı uşaqda həm eyni anda sayma, həm də göz yumma halı olurdu. Bu oyunlar vasitəsilə uşaqlar sosiallaşır və onlarda dostluq anlayışı yaranırdı".

Psixoloq sözlərinə belə davam edib: "Deməli, bir oyun vasitəsilə bizdə diqqət, sayma bacarığı, dostluq keyfiyyəti, əl-göz koordinasiyası, diqqət, inkişaf, böyük-kiçik motorika inkişaf edirdi.

Son zamanlar artıq dövrümüzdə zəka və diqqət oyunları çox aktualdır. Ona görə də bu oyunlardan istifadə etmək çox gözəldir. Qrup halında oyun terapilərində uşaqlar çox sevinirlər. Bu sevinci uşaqlara yaşatmaq hər bir valideynin borcudur".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə