"Marketlər insanlara məhsul ilə bərabər milçək yumurtaları da satır" - SƏDR DİLƏ GƏLDİ

"Marketlər insanlara məhsul ilə bərabər milçək yumurtaları da satır" - SƏDR DİLƏ GƏLDİ

"Marketlərin gigiyenik və antsanitar vəziyyəti ürəkaçan səviyyədə deyil". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, marketlərin anbarlarına daxil olsaq, orada antisanitariya qaydalarına əməl olunmadığının şahidi olarıq: "Marketlərin içərisində təndirlərin açılıb orada hər hansı bir məhsulun bişirilməsi ilə qətiyyən razı deyilik. Çünki həmin yerlərdə milçəklər uçur. Marketlər insanlara mal ilə bərabər milçək yumurtaları da satır.

Düşünürəm ki, marketlərin içərisində bu cür istehsal yerlərinin açılması yolverilməzdir. Hazırda marketlər üçün qaydalar yoxdur. Adi və çox sadə sanitar tədbirlərinin həyata keçirilməsi üçün AQTA nəzarət edir. Lakin bu da kifayət etmir. Təəssüflər olsun ki, nəzarət istənilən səviyyədə deyil".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə