Uşaqlarda mədəniyyətin formalaşmasında ailənin rolu nədən ibarətdir? - PSİXOLOQ AÇIQLADI
"Uşaqlarda mədəniyyətin formalaşmasında ailənin rolu əvəzolunmazdır. Azyaşlı uşaqlarda müşahidə olunan hislərdən biri də estetik hislərdir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, bəzi 2-3 yaşlı uşaqlar musiqini ən dərin incəliklərini dərk edir, yaxşı və pis musiqiyə öz münasibətlərini bildirirlər: "Eyni zamanda bədii şəkillər, əyləncəli və məzəli nağıllar da insanlarda estetik hislərin inkişafına müsbət təsir göstərir. Mədəniyyətin formalaşması birbaşa ailəyə aid olan bir məqamdır. Çünki uşaqların emosional həyatı müxtəlif məzmunlar kəsb edir. Uşaqların xüsusilə oğlanın qıza və ya qızın oğlana qarşı münasibəti onun tərbiyə aldığı ailədən irəli gəlir. Ailədə ata ilə ananın, nənə və babanın bir-birinə qoyduğu hörmətdən irəli gəlir. Bu münasibətlər uşaqlarda mədəniyyətin formalaşmasında mühüm rol oynayır".
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB