"İlk növbədə qeyd edim ki, hal-hazırda ölkənin 4 min 432 orta ümumtəhsil məktəbində 150 min müəllim çalışır və onlar birmənalı şəkildə 2009-cu ildə qəbul edilmiş Təhsil Haqqında Qanunun, eyni zamanda 2014-cü ildə qəbul edilmiş Müəllimlərin etik davranış qaydalarının tələblərinə uyğun olaraq, şagirdlərdə zəruri bilik bacarıqlarının formalaşmasında, dövlət tərəfindən təsdiq edilmiş informasiyaların verilməsində maraqlı olmalıdırlar. Həmçinin, müəllimlərin fəaliyyəti şagirdlərə akademik dərslikdəki bilikləri vermək istiqamətində olmalıdır". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, heç bir halda Azərbaycan Respublikasının Konstitusiyasının Təhsil Haqqında Qanun və digər qanunvericilik aktları icazə vermir ki, şagirdlərə hər hansı bir dini təbliğat və yaxud da dini tədbirlərin fəaliyyəti zamanı ifadə edilən mahnılar öyrədilə və təbliğ oluna: "Bu, ilk olaraq qanunvericiliyin tələblərinə ziddir. İkincisi Azərbaycan tolerant ölkədir və burada hər hansı bir dini təbliğata yol verilmir.
Qeyd edək ki, Yevlaxda müəllimin azyaşlı uşaqlara mərsiyə ifa etməsi qanunlara ziddir. Digər tərəfdən, onunla bağlanmış əmək müqaviləsində müəllimlərin öhdəlikləri var. Müəllim yalnız öz ixtisası ilə bağlı olan informasiyanı şagirdlərə verməli, onların vətənpərvər ruhda böyüməsində maraqlı olmalıdır".
Kamran Əsədov sözlərinə belə davam edib: "Müəllim bilməlidir ki, o, heç bir halda təbliğat apara bilməz. Həmin müəllim Əmək Məcəlləsinin tələblərini pozur. Ona ilk dəfə xəbərdarlıq edilir. Həmin müəllim sosial şəbəkələrdən istifadə zamanı da belə təbliğata yol verib ki, bu, olmaz. Müəllimə töhmət verilib və əgər bu hal bir daha təkrarlanarsa, ikinci dəfə şiddətli töhmətlə onunla imzalanmış müqaviləyə xitam verilə bilər".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB