"Valideynlər uşaqlarına kiçik yaşlarından şəxsi sərhədlərini qorumağı öyrətməlidirlər. Cinsi tərbiyəyə gəldikdə isə uşağa izah edilməlidir ki, böyüklər sizinlə çox fiziki təmasda ola bilməz, cinsi mövzularda haqqında danışa bilməz, bunu ancaq biz valideynlər deyə bilərik". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Leyla Əli deyib.
Onun sözlərinə görə, valideynlər uşaqları çox müşahidə etməlidir: "Bura oynadıqları oyunlar, çəkdikləri rəsimlər daxildir. Adətən təcavüzə uğrayan uşaq çəkdiyi rəsmlərdə genital bölgəni vurğulayır və daha böyük yaşlarda-yeniyetməlik dönəmində cinsi mövzularda daha çox danışır, adətən, öz başına gələn hadisəni başqasının başına gələn hadisə kimi izah edir, fikir almaq istəyirlər".
Psixoloq sözlərinə belə davam edib: "Təcavüz hər yaş dönəmində özünü fərqli şəkildə göstərir. 3-6 yaş dönəmində yuxarıda qeyd etdiyim kimi, oyun və çəkdiyi rəsmlərlə, yeniyetməlik dönəmində isə özünə qapanma, aqressivlik, iyrənmə, tez-tez yuyunma istəyi, toxunuşa sərt reaksiya, iştahın azalması və ya heç olmaması, qusma, əks cinsə nifrət hissi ilə özünü biruzə verir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB