Qurban bayramında BU QAYDALARA ƏMƏL EDİLMƏLİDİR- DİQQƏT! - DİN XADİMİ AÇIQLADI

Qurban bayramında BU QAYDALARA ƏMƏL EDİLMƏLİDİR- DİQQƏT! - DİN XADİMİ AÇIQLADI

“Qurban bayramı İslam dinində olan ən böyük və müqəddəs bayramlardan biridir. Müsəlman ölkələrində də rəsmi olaraq bu bayram qeyd olunur”. Bu fikirləri SİA-ya din xadimi Mircəfər Eyyubov bildirib.

Onun sözlərinə görə, qurban Allaha yaxınlaşmaq deməkdir: “İnsanlar Allaha yaxınlaşmaq üçün nəsə qurban verirlər. İbrahim (ə) və İsmayıl (ə) dövründən qalan Qurban bayramını İslam dini qoruyub saxlayır. Həcc ziyarətinə gedənlər üçün qurban kəsmək, yəni qoyn, keçi, dana və ya dəvə kəsmək vacib sayılır. Kəsməmək olmaz. Lakin Həcc ziyarətinə getməyən insanlara cavib deyil, müstəhəbdir. Yəni qurban kəsməsələr günah olmaz, amma bayram ənənəsini yaşatmaq üçün bir növ dini dəyər kimi icra etmək tövsiyyə olunur. Qurbanı kəsib bir hissəsini özünə digər hissələrini isə qohum əqrabaya, üçüncü hissəsini isə yoxsullara paylamaq savabdır.

Din alimlərinin tövsiyyəsi budur ki, qurban kəsilirsə qoyun 7 aydan böyük, keçi, inək olarsa 2 yaşdan böyük, dəvə isə 5 yaşdan böyük olmalıdır. Qurbanın kəsilmə prosesi uşaqların gözü qabağında olmasa daha yaxşı olar. Bəzi adətlər yığışdırılmalıdır. Məsəl üçün qurban qanını uşaqların alnına sürməkdən çəkinmək lazımdır. Bunlar doğru əməllər deyil. Mümkün qədər təmizliyə riayət olunmalıdır. Küçələrdə qurban kəsərkən etik qaydalara əməl etmək lazımdır. Qurbanlıq üçn satılan heyvanların qiymətinin baha olması dini baxımdan doğu hesab olunmur. Çünki Qurban bayramı kiminsə pul qazanması üçün bir vasitə olmamalıdır. Bıcaq iti olmalıdır ki, heyvana əziyyət verməsin. Kəsilməzdən öncə heyvana su verilməlidir. Heyvanın canı çıxmamış başı bədənindən ayrılmamalıdır. Bu insanlarda daşqəlblilik yaradır. Bu haram əməl sayılır”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə