Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Qəhrəmanlıq nümunəsi” layihəsinin təqdimat mərasimi keçirilir. SİA xəbər verir ki, tədbir tanınmış aktrisa Simuzər Atakişiyeva tərəfindən 44 günlük Vətən müharibəsində görmə qabiliyyətini itirmiş qazilər haqqında qələmə alınmış “Qəhrəmanlıq nümunəsi” adlı bioqrafik kitabın tanıtımına həsr olunub. Qısa müddətdə ərsəyə gəlmiş sənədli bioqrafik kitabda igidlərin hər birinin həyatı, döyüş yolu və yaralanma anı ayrı-ayrılıqda öz dillərindən qələmə alınıb.
Kitabı vərəqləyərək oxucunun gözü qarşısında fərqli ömür yaşayan igidlərin portreti canlanır. Oxucu sanki bu qəhrəmanlarla söhbətə başlayır, onların hekayətlərini, hiss və duyğularını, vətən yolunda apardıqları mübarizənin fraqmentlərini öz dillərindən eşidir.
Təqdimat mərasimindən sonra “Qəhrəmanlıq nümunəsi” kitabının elektron və audio versiyaları Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin rəsmi portalında yerləşdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB