“Sağlam cavan” layihəsi daha bir həftəsini geridə qoyub

“Sağlam cavan” layihəsi daha bir həftəsini geridə qoyub

"Sağlam cavan" layihəsi daha bir həftəsini geridə qoyub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, dördüncü idman həftəsində ustad Qafar Qənizadə cavanları yoqa ilə tanış edib. Həm zehni, həm də fiziki məşqlər əsasında keçən yoqa dərsi olduqca maraqlı anlarla yadda qalıb.

Qeyd olunub ki, "Sağlam cavan" layihəsi çərçivəsində daha iki idman həftəsi keçiriləcək.

Layihə Azərbaycan Gənclər Fondunun dəstəyi, Cavan Gənclər Hərəkatının təşkilatçılığı ilə "Cavan Sport" proqramı çərçivəsində reallaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə