Baş Prokurorluq yaşayış binasının liftinin qırılması ilə bağlı məlumat yayıb
İyulun 4-ü paytaxtın Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB