QHT əməkdaşları "SƏS" Media Qrupuna səfər ediblər - YENİLƏNİB-FOTOLAR
“İrəli” İctimai Birliyinin təşkilatçılığı, QHT Agentliyinin dəstəyi ilə həyata keçirilən “QHT Əməkdaşlarının Media və PR Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində QHT əməkdaşları “Səs” Media Qrupuna səfər ediblər. SİA xəbər verir ki, layihə iştirakçılarını salamlayan “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev qeyd edib ki, qurum qəzet kimi 11 yanvar 1991-ci ildən fəaliyyətə başlayıb. Fəaliyyəti dövründə ölkəmizin bütün bölgələrini əhatə edən “Səs” Media Qrupuna daxil olan “Səs” İnformasiya Agentliyi Türkiyə, Gürcüstan, Ukrayna və Şərqi Avropa ölkələri, Qazaxıstan və Orta Asiya ölkələrindəki büroları vasitəsi ilə onlayn xəbər xidməti göstərir və müxtəlif mövzularda dəqiq və operativ informasiya yayır. Hazırda “Səs” Media Qrupunun tərkibində “SƏS TV” onlayn televiziyası və “Səs” Qəzeti fəaliyyətini uğurla davam etdirir.
Layihənin koordinatoru, “İrəli” İctimai Birliyinin əməkdaşı Arif Rəhimli QHT-lərlə kütləvi informasiya vasitələri arasında əlaqələrin möhkəmləndirilməsində adıçəkilən layihənin böyük rolu olduğunu qeyd edib. “Səs” Media Qrupuna davamlı informasiya dəstəyinə görə təşəkkürünü bildirən Arif Rəhimli vurğulayıb ki, layihə çərçivəsində digər media qurumlarına da səfərlər təşkil ediləcək.
Daha sonra layihə iştirakçıları “Səs” Media Qrupu və ona daxil olan qurumların fəaliyyəti ilə yaxından tanış olaraq, yeni məlumatlar əldə ediblər.
Qeyd edək ki, həyata keçirilən layihənin əsas məqsədi qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinin mətbuat və sosial şəbəkələrə çıxış imkanlarını gücləndirmək, habelə aparılan PR-ın səmərəliliyinin yüksəldilməsinə nail olmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB