Əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir

Əməkdaşlıq Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir

“Bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir“, – deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısındakı çıxışında səsləndirmişdir.

Xarici siyasətində əlaqələrin qurulmasına xüsusi önəm verilməsi və Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar danılmazdır. Son illərdə bizim beynəlxalq əlaqələrimiz böyük dərəcədə güclənmiş, genişləndirilmişdir. Məhz Azərbaycan bütün bölgədə regional əməkdaşlığın aparıcı qüvvəsi kimi tanınır və nüfuz qazanır. Bu da Xəzəryanı dövlətlər arasında əlaqələrin yeni prioritetlər üzrə inkişafına yol açır.Azərbaycan üçün qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdı¬rılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması çox vacibdir. Dövlət başçımız çıxışında bildirmişdi ki, Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. ilk növbədə, bu mühüm hadisədə Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfələrin stimulverici amil rolunu oynadığını xüsusi diqqətə çatdırmalıyıq. Ölkəmizin Xəzəryanı dövlətlərlə ikitərəfli əməkdaşlığının bugünkü səviyyəsi göz önündədir. Prezident İlham Əliyevin hər zaman çıxışlarında yer alan bu fikrini xüsusi qeyd etməliyik ki, Azərbaycanın xarici siyasətində region dövlətləri ilə əməkdaşlıq xüsusi yer tutur.

"Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir" - Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı bildirib. Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir və qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Eyni zamanda nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovğasına çevrilməsi üçün daha yaxşı təməl yaradır. Dövlətimizin başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, Zirvə Toplantısı Xəzəryanı dövlətlərin qarşısında duran mühüm ümumi məsələlərin həllinə yönəlmiş səylərin birləşdirilməsinə şərait yaradacaq.

Aidə Əliyeva

Xəzər rayon YAP təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə