"Qurban Uca Allaha yaxınlaşmaq mənasını bildirir. Çünki insan qurban kəsməklə öz Rəbbinin əmrini icra etmiş olur". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İlahiyyat İnustutunun müəllimi, din xadimi Hacı İbrahim Quliyev deyib.
Onun sözlərinə görə, Uca Allahın əmrlərinə boyun əymək, onları düzgün yerinə yetirmək təqva və imanın əlamətlərindəndir: "Müsəlmanlar Qurban bayramında öz məvaciblərinə uyğun qurbanlıq alıb kəsməklə həm Allahın əmrini yerinə yetirmiş, həm də sosial bərabərliyi qorumuş sayılırlar. Çünki Qurban bayramı günlərində kəsilmiş heyvan yaxın qohumlar, qonşular və yoxsullar arasında paylanılır. Qurban bayramında insanların bir-birlərini ziyarət etmələri, bayramlaşmaları çox böyük savabdır".
İbrahim Quliyev sözlərinə belə davam edib: "Müsəlmanların Qurban bayramı günlərində əldə etdikləri ən böyük savabalardan da biri kəsdikləri qurbanın ətinini yoxsullar arasında bölüşdürmələridir. Məlumdur ki, Uca Allah Qurani-Kərimin müxtəlif ayələrində yoxsullara əl tutmağı, onların dərdlərinə şərik olmağı dəfələrlə tövsiyə etmiş və bu əməli imanın əsas nişanələrindən biri kimi qələmə vermişdir.
Bütün bu dediklərimizin fonunda belə bir nəticəyə gəlirik ki, Qurban bayramında müsəlmanlar aşağıdakı əməllərə ciddi diqqət göstərsələr daha çox savab əldə etmiş olarlar:
Birincisi, İmkanı miqdarında, hətta borc almaqla olsa belə, qurban kəsmək.
İkincisi, kəsdiyi qurbanın ətini yaxın qohum-qonşular və yoxsullar arasında bölüşdürmək.
Üçüncüsü, qohum-əqrəbanı ziyarət etmək, onlarla bayramlaşmaq.
Dördüncüsü, Ev-eşiyi təmizləmək, bayram üçün bəzəmək.
Beşincisi, təmiz və şəninə uyğun əlvan paltarlar geyinmək, bayram abu-havasında olmaq.
Altıncısı, bayram namazına getmək, nəzərdə tutulmuş bəzi duaları oxumaq və s.".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB