"İrəli" İB-nin gənc üzvləri SƏS MEDİA QRUP-nun qonağı olublar - YENİLƏNİR-FOTOLAR

"İrəli" İB-nin gənc üzvləri SƏS MEDİA QRUP-nun qonağı olublar - YENİLƏNİR-FOTOLAR

"İrəli" İctimai Birliyinin gənc üzvləri SƏS Media Qrupunun qonağı olublar. SİA xəbər verir ki, uzun müddətdir layihələri ilə seçilən təşkilat bu dəfə də media orqanlarını ziyarət edib.

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev gəncləri SƏS Media Qrpunun fəaliyyəti ilə yaxından tanış edərək onlara öz tövsiyyələrini verib.

Qeyd edək ki, "İrəli" İctimai Birliyi 26 avqust 2005-ci ildən gənclər hərakatı kimi faliyyətə başlayıb. 3 illik fəaliyyətdən sonra "İrəli" İctimai Birliyi öz fəaliyyətlərini gənclər hərakatı kimi dayandıraraq 24 dekabr 2008-ci ildə yenidən qurulub.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə