“Mən Atamın Davamçısıyam” adlı layihəyə start verilib

"Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) İctimai Birliyinin dəstəyi ilə Vətən müharibəsində şəhid olan hərbçilərin övladları üçün “Mən Atamın Davamçısıyam” adlı layihəyə start verilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, layihənin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanları yenidən anmaq, şəhidlərimizin övladlarına xalqın sevgisini göstərməkdir. Layihə boyunca uşaqlara aktyor sənətini aşılamaqla, onlarda əməkdaşlıq, səmərəli ünsiyyət qurma kimi vərdişlərin, tənqidi təfəkkürün formalaşdırılması nəzərdə tutulub.

Layihə çərçivəsində şəhid olmuş hərbçilərin övladlarına ödənişsiz olaraq 3 aylıq aktyor sənətinin əsasları öyrədiləcək, onların iştirakı ilə “Mən Atamın Davamçısıyam” adlı tamaşa qurulacaq.

Təşəbbüsün şəhid övladları üçün mütəmadi keçirilməsi, uşaqların aktyorluq qabiliyyətinə görə seçilməsi planlaşdırılır. Layihəyə iyulun 10-dək 7-13 yaş arasında olan şəhid övladları müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...