Bakıda 142 yaşlı binanın üzərində inşa edilən mansartın sökülməsinə başlandı- FOTO

Bakıda tarixi memarlıq abidəsinin üzrəində inşa edilən mansart sökülür.

Bu barədə Bakı şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə Bakının Yasamal rayonu, İslam Səfərli küçəsi 12 ünvanında baş verib.

"Müəyyən olunub ki, 1880-ci ildə insa edilən tarixi binanın üzərində sahibkar tərəfindən mansart tikilir.

Bakı şəhər İcra Hakimiyyəti məlumat daxil olan kimi dərhal məsələyə müdaxilə edilib və tikinti işləri dayandırılıb. Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları dərhal sahibkara xəbərdarlıq edib və hazırda sahibkarın özü tərəfindən həmin əlavə tikili sökülür. Sahibkara məlumat verilib ki, həmin bina tarixi memarlıq binasıdır və onun üzərində əlavə tikinti aparılması yolverilməzdir",-məlumatda qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...