Səyyar Gənclər Xidməti Saatlı və İmişlidə - FOTOLAR

“İmkanlar Sənə Doğru!” devizi ilə ucqarkəndlərdə yaşayan gənclərə fürsətlərqazandırmaq üçün 31 may tarixindən etibarənyola çıxan “Səyyar Gənclər Xidməti” layihəsininnövbəti dayanacaqları 25 iyun-1 iyul tarixlərindəSaatlı və İmişli rayonları olub. Saatlı rayonununŞirinbəy, Qara Nuru, Mollavaizli, İmişli rayonununisə Cəfərli, Qaralar və Mirili kəndlərinə səfərlərtəşkil edilib və nəticədə yüzlərlə gəncxidmətlərdən yararlanıb. SİA xəbər verir ki, Səyyar Gənclər Xidmətinin başlıca məqsədiAzərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin rəhbərliyi ilə uğurla həyata keçiriləndövlət gənclər siyasətinin gənclər üçün yaratdığıimkan və xidmətlərin, o cümlədən məşğulluq, sahibkarlıq, təhsil, innovasiyalar, kənd təsərrüfatıvə digər sahələrdə həyata keçirilən proqramlarınkəndlərdə yaşayan gənclər üçün əlçatanlığınındaha da artırılmasıdır. Layihənin başlıca amalıgənclərin dövlətçilik və vətənpərvərlik ruhundayetişməsi, ucqar kəndlərdə yaşayan gənclərinsosiallaşması, asudə vaxtlarının səmərəli təşkili, onların bilik və bacarıqlarının, həmçinindünyagörüşünün genişləndirilməsidir. Bu kontekstdə sözügedən bölgələrdə gənclərinmaraqlarını əhatə edəcək mövzular üzrə təlimlər, o cümlədən şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqlarıvə digər mövzularda açıq hava şəraitində təlimlərkeçirilib.

Qeyd edək ki, 2022-ci il üzrə Biləsuvarrayonundan başlayan Səyyar Gənclər Xidmətibundan əvvəl Hacıqabul və Sabirabadrayonlarında həyata keçirilib və ümumilikdə 5 rayon üzrə 25 kənd olmaqla, 3000-dən çox gəncəhatə olunub.

Azərbaycan Respublikasının Gənclər Fondu, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərinİnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığıilə keçirilən layihənin bu il üzrə Azərbaycanın 20-yə yaxın şəhər və rayonunun 100-ə qədər ucqarkəndində yaşayan minlərlə gənci əhatə etməsinəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...