DSX Naxçıvanla Türkiyə arasında quru sərhədin bağlanmasına aydınlıq gətirib

DSX Naxçıvanla Türkiyə arasında quru sərhədin bağlanmasına aydınlıq gətirib

Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında quru sərhədinin bağlanması barədə yayılan xəbərlərə münasibət bildirib.

DSX-dən SİA-ya bildirilib ki, Dövlət Sərhəd Xidməti hazırda vətəndaşların sərhəd buraxılış məntəqələrində dövlət sərhədindən buraxılışını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 iyun 2022-ci il tarixli 232 nömrəli qərarına uyğun olaraq həyata keçirir.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Naxçıvan-Türkiyə quru sərhədinin vətəndaşlar üçün bağlanması ilə bağlı məlumat yayılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə