"İyunun 2-də Bakıda və Abşeron yarımadasında havanın şəraiti yağmursuz olacaq". Bu fikirləri Sİa-ya açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, şimal-qərb küləyi arabir güclənəcək. Havanın tempraturu 30-33 dərəcə isti olacaq: "İyulun 3-ü və 4-də gündüz paytaxta mülayim cənub küləyi əsəcək. Havanın tempraturu 30-34 dərəcə isti olacaq. Bölgələrdə də bu gün və yaxın 2 gün ərzində əksər rayonlarda yağmursuz hava şəraiti gözlənilsə də lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi bəzi bölgələrdə arabir güclənəcək. Havanın maksimal tempraturu mərkəzi aran rayonlarında 33-38, dağlarda 17-22 dərəcə isti olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB