Hansı amillər insanı intihara sövq edir? - VACİB MƏQAMLAR - PSİXOLOQ AYDINLIQ GƏTİRDİ

“İntihar səbəbləri müxtəlif psixoloji faktlardan yaranır. Hansı psixoloji faktlardır ki, insanı intihar həddinə çatdırır”. Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib.

Onun sözlərinə görə, son dönəmlər intihara müraciət edən insanlara diqqət yetirsən görərik ki, çoxu borcu olanlardır: “Ən balaca məbləğdə borc belə bəzilərini intihara sürükləyir. Yaxud da psixi zorakılıq nəticəsində intihar edənlərin sayı çoxdur. Ümumiyyətlə psixi faktların hər birinin başında psixi zorakılıq halları dayanır. Qarşı tərəfi alçaldan xitamlar onun intihara meyil etməsinə səbəb olur.

Digər məsələ isə abituriyentlərin intiharıdır. Ailənin övlada psixi zorakılığı, “Biz səni bu balı toplayasan deyə oxutduq?”, “belə nəticə toplayarlar?” kimi ifadələrdən istifadə etmək uşaqlarımızı intihara sürükləyir.

Bəzən güclü bir iradəyə, güclü beyinə sahib olan insanlar belə intihara meyl edir. Elə son günlərdə ginekoloq xanımın intihar etməsi də gündəmə təsirini göstərdi. Çox gözəl, ağıllı xanım idi. Allah rəhmət eləsin. Həyat yoldaşının ağır psixoloji xəstəliyi onu intihara sövq edib. Psixoloji problemlə psixatrik problem tamam fərqli anlayışlardır. Bəzən məcburən xanımlar kiminsə “bu qadın boşanıb”, “yəqin ki, həyatında başqası var idi” ifadələrinə görə boşanmaq əvəzinə psixoloji xəstə olan həyat yoldaşları ilə yaşamağı seçirlər. Amma bu münasibətin sonu insanı intihara məcbur edir. Bunun qarşısını almaq üçün psixoloji zorakılıqları ön plana gətirməliyik.

Abituriyent valideyləri ilə söhbətlər aparmaq lazımdır. Abituriyentlərin özləri ilə psixoloji seanslar aparılmalıdır. Uşaqlar nə qədər bilsələr belə bir anda unuda bilərlər və bu onların imtahan balına təsir edər. Onlar psixoloji olaraq rahat olmalıdır ki, imtahan ərəfəsində müsbət nəticə əldə etsin. Mübarizələr bu yöndə olmalıdır. Zərərli vərdişlərlə mübarizə apardığımız kimi zərərli insanlarla da mübarizə aparmalıyıq”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...