Həcc ziyarəti kimlərə vacibdir? - DİQQƏT! - DİN XADİMİ AÇIQLADI

"İslamda ziyarət, xüsusilə də həcc ziyarəti kütləvi və birgə icra edilən ibadət formasıdır. Bu ibadətə dünyanın hər yerindən gələn müsəlmanlar əməl etməkdədirlər. Əgər orta əsrlər dövründə həcc ayininə yalnız Yaxın Şərq regionunda yaşayan xalqlar əməl edirdilərsə, müasir dövrdə isə bu vacib ayinə dünyanın hər yerindən gələn müsəlmanlar əməl edirlər. Artıq müasir dövrdə texnologiyanın inkişafı ilə əlaqədar olaraq altı qitənin hər bir yerindən dəst-dəstə müsəlmanlar həcc vaxtı müqəddəs Məkkə torpağına toplaşırlar. Bu da təbiidir ki, həccin müasir əhəmiyyətindən xəbər verir. Çünki, əgər orta əsrlər dövründə bu ayin üçün yalnız bir qitədən gələrdilərsə, indi isə bütün dünyanın hər yerindən gəlməklə müsəlmanların arasında münasibətlər sisteminə müəyyən təsirlər edilməkdədir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İlahiyyat İnustutunun müəllimi, din xadimi Hacı İbrahim Quliyev deyib.

Onun sözlərinə görə, dünyanın hər yerindən insanların bir araya toplanması onların arasında müyyən münasibətlər yaradır ki, bu da təbii ki, müsəlmanların mədəniyyətinin yayılmasına, təbliğ olunmasına və dünyaya inteqrasiya edilməsinə şərait yaradır. Həmçinin dünyanın hər bir bölgəsindən gəlib təxminən bir ay bir yerdə olmaq eyni zamanda müsəlmanların sosial və siyasi həyatlarına da mühüm təsir göstərməkdədir: "Müxtəlif təbəqələrdən olan müsəlmanların Məkkəyə cəm olmaları onların bir-birinə də müəyyən təsirlərinin olduğunu aşkar edir. Belə ki, müxtəlif təbəqələrdən olan insanlar bir-birini həm siyasi cəhətdən, həm mədəni cəhətdən, həm iqtisadi cəhətdən, həm də digər cəhətlərdən zənginləşdirir, məlumatlandırır və problemlərini həll edirlər. Eyni zamanda, müsəlmanlar arasında olan məzhəb və əqidə müxtəlifliyi də dünyanın qlobal problemləri müqabilində birləşib, birlikdə fəaliyyət göstərməsinə zəmin yaradır. Təbii ki, bu da müasir dünyada Kəbə evinin ziyarətinin əhəmiyyətini daha da artırır. Sanki beynəlxalq toplantı xarakterini almış həcc ayini, müasir müsəlmanların bütün həyatlarının müxtəlif sahələrinə öz mühüm təsirini göstərməklə əhəmiyyətini artırmaqdadır".

Hacı İbrahim Quliyev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Kəbənin ziyarəti İslam dininin namaz, oruc, zəkat kimi rüknlərindən biridir: "Hər kəs bunu inkar etsə, böyük günah işlətmiş olur. Çünki Qurani-Kərimin ayələrindən və həzrət Peyğəmbərin hədislərdən də məlum olur ki, onun vacib olması bir başa Uca Allah tərəfindən buyurmulmuşdur. Həcc haqqında Qurani-Kərimin “Həcc” surəsinin 27-ci ayəsində buyurulur: “İnsanları həccə çağır ki, onlar sənin yanına piyada və hər uzaq yoldan hər cür miniklə gəlsinlər.” Kəbənin ziyarət olunması insanların günahlarının bağışlanması üçün əsas vasitələrdən biridir. Çünki dini mətnlərə görə Allah-Təalanın evini ziyarət etmək məqsədi ilə Kəbəyə gedən şəxslər günahlardan və bütün mənəvi sarsıntılara səbəb olan hallardan xilas olur və paklanırlar. Necə ki, Peyğəmbər buyurur: “Hər kəs həcci iman və səmimiyyətlə ziyarət etsə, anadan olduğu kimi geri dönər.” Kəbə evinin ziyarət olunması üçün şəriətin müəyyən etdiyi bəzi qayda-qanunlar vardır. Bunlara həccin vacib olma şərtləri deyilir. Belə ki, həcc aşağıdakı şərtlər əsasında ömürdə bir dəfə insana vacib olur:
Ağıllı olmaq. Ağıllı omayan, yəni dəli olan şəxsə həcc vacib deyildir. Əgər dəli vəziyyətdə bir şəxs həcci ziyarət etsə, sonradan ağıllanarsa və müstəti (lazım olan bütün şərtlərə malik) olarsa, həcc ona vacib olacaqdır".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...