30 İyun 2022-ci il tarixində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Göyçay rayonunun İkinci Qarabağ-Vətən Müharibəsi şəhidi Eyazov Əli Sehran oğlunun ailəsini ziyarət edərək şəhidimizin doğum gününü dərin hüznlə anıb.
Şəhid ailəsinə başsağlığı bildirilərək şəhidimizin ruhu hüznlə yad edilib. İkinci Qarabağ-Vətən müharibəsində Azərbaycan xalqının vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyi, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Möhtəşəm Qələbə nəticəsində bütün şəhidlərimizin, qəhrəmanlarımızın qanının yerdə qalmadığı vurğulanıb.
Yaşasaydı Əlinin21 yaşı tamam olacaqdı. Şəhid Eyvazov Əli Sehranoğlu 30 iyun 2001-ci il tarixində Göyçay rayon, Şəkər kəndində anadan olmuşdur.
2019-cu ildə məktəbi bitirdikdən sonra həmin il iyulun ayının 3-də həqiqi hərbi xidmətə yollanıb. Beyləqan rayonunda xidmətdə olarkən 2020-ci ilin sentyabr ayının 27-dən İkinci Qarabağ – Vətən Müharibəsi döyüşlərində yaxından iştirak etmiş və Füzulinin azad olunması istiqamətində minamyot komandiri olaraq qəhrəmancasına vuruşmuş, oktyabr ayının 13-də şəhidlik zirvəsinə ucalmışdır.
Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamına əsasən Bayramov Həsən ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB