Bu rayonun İcra hakimiyyətində əməliyyat keçirilib - saxlanılan var

Bu rayonun İcra hakimiyyətində əməliyyat keçirilib - saxlanılan var

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Sabirabad rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

SİA-nın məlumatına görə, idarə əməkdaşları əməliyyat zamanı Sabirabad rayon İcra Hakimiyyətinin Memarlıq şöbəsinin müdiri-baş memarı Qasımov Müşviq Vidadi oğlu oğlu saxlanılıb.

M. Qasımovun rüşvət alarkən yaxalandığı bildirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, qeyd edilən faktla bağlı ictimaiyyətə açıqlama veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə