Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün tədbirlər görülüb

Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün tədbirlər görülüb

Azərbaycan xalqı gələcəyımiz olan gənc nəslin vətənə məhəbbət, xalqa elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyatı əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhramanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir.

Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün bizim kitabxanamızda Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində bir çox tədbirlər görülmüşdür. Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə bağlıdır və Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər.

İl ərzində kitabxanamızda bir çox söhbət, biblioqrafik xülasə, oxucu konfransı, ədəbi-bədii gecə keçirilib. Gənclərin hərbi vətənpərvərlik ruhunda böyüməsində ailə və məktəbin üzərinə düşən məsuliyyət, eyni zamanda kitabxanaya da aid edilə bilər. Bu gün kitabxana hərbi-vətənpərvərlik anlayışını oxuculara necə çatdırmalıdır? İlk növbədə uşaq və yeniyetmələrdə müharibə ilə bağlı təsəvvür yaratmaq məqsədilə kitabxanada sərgi təşkil edilib. Sərgidə kitab, qəzet və jurnal məqalələri ilə yanaşı hərbi-vətənpərvərlik mövzusuna həsr olunmuş şəkillər və foto şəkillər də nümayiş olunur. Sərginin yanında ədəbiyyat siyahısı və kartoteka qutusu qoyulur. Sərgidə görkəmli şəxsiyyətlərin vətənpərvərlik haqqında söylədikləri fikirlərdən, sitatlardan istifadə edilir və bu da sərgini daha da məzmunlu və dolğun edir”.

Şagirdlərin vətənpərvərlik tərbiyəsi üzrə aparılan işlərin daha intensiv xarakter alması, bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin olunması, şagirdlərdə fəal vətəndaş mövqeyi və doğma torpağa sədaqət hissinin formalaşdırılması məktəblər kimi kitabxanaların da ən öndə vəzifələrindən birinə çevrilib.

Onu da qeyd edək ki, müasir dövrümüzdə kitabxanaların qarşısında duran əsas vəzifələrdən biri də gənc nəsilə vətənpərvərlik hissləri aşılamaqdır: Bu baxımdan noyabr ayından başlayaraq kitabxanamızda Vətən müharibəsi iştirakçıları ilə görüşlər keçirilir.

Orta yaş qrup oxucular arsında “Müharibə uşaqların gözü ilə” mövzusunda rəsm Müsabiqəsi keçirilib.

Kiçik yaşlı oxucuların vətənpərvərlik tərbiyəsi ailədə, tərbiyə müəssisələrində və orta ümumtəhsil məktəbində uşaq və yeniyetmələrə verilən vahid tərbiyə işinin vacib tərkib hissəsidir. Bu məqsədlə kiçik yaşlı oxucularımızla söhbət keçirilir.

Vətənpərvərlik hisinin təbliği bədii ədəbiyyatdan da yan keçməyib. Bu məqsədlə kitabxanamızda təbliğ forması kimi kitab üzrə söhbət keçirilib. Belə ki: Süleman Rəhimovun “Minnətsiz çörək”, M. Rzaquluzadənin “Babəkin andı” adlı hekayələrini, X. R. Ulutürkün “Mənim dilim” adlı şeirini kiçik yaşlı uşaqların müzakirəsinə verilib və onların fikirini öyrənilib. . Bu kimi bədii ədəbiyyatlar uşaqlarda milli qürur hissinin formalaşmasına səbəb olur. Şəhidlər xiyabanının ziyarət edilməsi, Qarabağ döyüşlərində həlak olanların abidələrinin ziyarət edilməsi də gənclərin vətəndaş kimi yetişməsində az rol oynamır.

Bütün sadalanan bu tədbirlər gənclərdə vətəndaşlıq, vətənpərvərlik duyğularını formalaşdırmaq üçün zəruri vasitələrdir. Çünki vətən sevgisi gənc vətəndaşlarımızın məqsədyönlü davranışının və fəaliyyətinin leytmotividir

"Müasir dövrdə təhsilin qarşısında qoyulmuş fəal vətəndaşlar yetişdirmək vəzifəsi də məhz sistemli, ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır. Ulu öndərimiz, müstəqil Azərbaycanımızın memarı və qurucusu Heydər Əliyev məhz buna görə də vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət verir və bunu çıxışlarında dönə-dönə bizlərə tövsiyə edirdi. Çoxsaylı görüşlərinin birində böyük öndər demişdir: "Bizim gənclər, təhsil alan nəslimiz gərək məktəblərdə ilk addımlarından vətənpərvərlik əhval-ruhiyyəsi ilə tərbiyə olunsun. Bütün dərslər, xüsusən də humanitar fənlər gərək gənclərimizə Vətənə sədaqət, vətənpərvərlik ruhu aşılasın, tərbiyə etsin".

Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə bağlıdır və Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər

Biz kitabxanaçılar da öz fəaliyyətimizdə Ulu Öndərimizin bu tövsiyəsini həmişə diqqət mərkəzində saxlayır və ona əməl etməyə çalışırıq.

Nilufər Abdulova

Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin informasiya-resurs şöbəsinin müdiri

Bütün xəbərlər Facebook səhifəmizdə