Psixotrop maddələrdən istifadənin qarşısının alınması üçün hansı tədbirlər görülür? - QURUM RƏSMİSİ AÇIQLADI

Psixotrop maddələrdən istifadənin qarşısının alınması üçün hansı tədbirlər görülür? - QURUM RƏSMİSİ AÇIQLADI

"Daxili işlər orqanlarının həyata keçirdiyi kompleks tədbirlər nəticəsində ölkə ərazisində cari ilin 5 ayı ərzində qeyri-leqal dövriyyədən 1 ton 571 kiloqram narkotik vasitə və 191,5 kiloqram psixotrop maddə çıxarılıb". Bu sözləri SİA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.

Onun sözlərinə görə, eyni zamanda 97 nəfərdən ibarət 33 cinayətkar qrup və dəstə zərərsizləşdirilib: "Narkotiklərlə əlaqədar bütövlükdə 4783, o cümlədən satışı ilə bağlı 1713 cinayət faktı aşkarlanmışdır. Bu növ cinayətlərə görə 2990 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının aşkar edilməsi yönümündə də xüsusi əməliyyatlar keçirilərək - ümumi çəkisi 500 kiloqrama yaxın kultivasiya edilmiş çətənə kolları aşkar edilib. Bu və digər müsbət nəticələrin əldə olunması polis əməkdaşlarının nümunəvi xidməti və fədakar əməyi hesabına mümkün olub".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə