Bakıda 25 avtobusun hərəkət intervalında 16-20 dəqiqə ləngimə var

Hazırda Rövşən Cəfərov, Asif Məhərrəmov, Cavadxan, Alı Mustafayev və Ceyhun Səlimov küçələrində 3-cü mkr dairəsi istiqamətində müşahidə olunan nəqliyyat sıxlığı səbəbindən 7A, 7B, 9, 52, 61, 67, 79, 83, 85, 92, 119, 165, 205 və 211 nömrəli müntəzəm marşrut xəttləri üzrə avtobuslar gecikmə ilə hərəkət edir. Vahid Dispetçer Xidmətindən SİA-ya verilən məlumata görə, bu dəqiqələrdə qeyd olunan ümumilikdə 14 marşrut xətti üzrə 25 ədəd avtobusun hərəkət intervalında 16-20 dəqiqə lənginmə var.

Bütün xəbərlər Facebook səhifəmizdə