Azərbaycandan zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşüb

Bu gün günorta saatlarında Azərbaycandan zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşür.

Bu barədə SİA-ya Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, ilk qrupa 180 zəvvar daxildir.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə 680 nəfərlik kvota verilib.

Zəvvarlar iyun ayının 29-30-u və iyul ayının 1-2-si Həcc ziyarətinə yola düşəcəklər, iyulun 19-20-si isə geri dönəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə