“Şuşa məişət əşyaları” adlı sərgi olub

Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. SİA xəbər verir ki, bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən “Şuşa məişət əşyaları” adlı virtual sərgi hazırlanıb.

Şuşa və Qarabağ bölgəsinə aid XVIII-XIX əsrlərin məişət əşyaları öz formasının gözəlliyi, zərif və yüksək zövqlü bədii naxışları ilə seçilirdi.

Təqdim olunan virtual sərgidə Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhəri əhalisinin istifadə etdiyi məişət əşyaları, onların təsnifatı, haqqında məlumatlar, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Susa_meiset_esyalari/index.htm linkindən istifadə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...