Ailədə uşağa necə münasibət göstərilməlidir? - PSİXOLOQ AÇIQLADI

“İlk olaraq onu qeyd etmək istərdim ki, uşağın yaşından asılı olmayaraq uşaq ailənin bir fərdidir”. Bu fikirləri SİA-ya açıqlamasıında psixoloq Leyla Fətəli bildirib.

Onun sözlərinə görə, ilkin olaraq uşağa uşaq kimi davranılmalıdır, amma bir şəxsiyyət kimi də hörmət edilməlidir: “Bir uşağın bir şəxsiyyət kimi formalaşması onun gələcəkdə özgüvənli olmağına, özünü təstiq etməsinə, normal bir vətəndaş kimi yetişməsinə təsir edən amildir. Uşağın yerinə valideym qərar verməməlidir. Bəli valideyn fikrini söyləyə bilər, amma onun nə geyinəcəyinə qarşı olmamalıdır. Ortaq qərara gəlməl lazımdır. Uşaqlara “sən bacarmazsan”, “hər şeyi səhv edirsən”, “sən bilməyəcəksən” və s. ifadələr işlətməkdən çəkinmək lazımdır. Bu uşaqların şəxsiyyətsiz kimi formalaşmasına gətirib çıxarır. Bu gün onsuz da uşaqlar arasında şəxsiyyət pozğunluğu, vicdan azlığı var ki, bunun da təməli elə məhz uşaqlıqdan qoyulur.
Uşağın şəxsiyyətinə hörmət qoyulmadıqda qırıq şəxsiyyət formalaşır. Qırıq şəxsiyyət kimi formalaşmış insan nə normal yeniyetmə kimi, nə normal gənc kimi, nə də bir ailə fərdi kimi özünü sübut edə bilməyəcək. Odur ki, hər zaman uşaqlara qarşı diqqətli olmaq lazımdır. Onların davranışına, danışığına, fikirlərinə hər zaman hörmətlə yanaşılmalıdır. “Bu sənə yaraşmaz” ifadəsi əvəzinə “bu sənə yaraşar, amma digərləri daha çox sənə yaraşar” kimi ifadələr işlətmək daha məqsədə uyğun olar. Biz necə uşaqlardan özündən böyüklərə hörmət etməsini gözləyiriksə eyni zamanda biz də onlara eyni hörməti göstərməliyik”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə