İƏT konfransının iştirakçıları Heydər Məscidini ziyarət ediblər - FOTO

Bakıda keçirilən İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, İslam Əməkdaşlığı Təşkilatının Baş katibi Hissein Brahim Taha və üzv dövlətlərin nümayəndələri Heydər Məscidini ziyarət ediblər.

Agentlikdən SİA-ya verilən xəbərə görə, ziyarət zamanı konfrans iştirakçıları tərəfindən namaz qılınıb və İslam dünyasında sülh və əmin-amanlığın bərqərar olması üçün dualar edilib.

Ziyarət əsnasında qonaqlara Qafqazın ən böyük məscidinin inşası, dini ocağın fəaliyyəti və burada qılınan namazlar haqda ətraflı məlumat verilib, həmrəylik və sülh simvoluna çevrilən Heydər məscidinin önəmi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...