Kürdə suyun səviyyəsi kəskin artıb

Kürdə suyun səviyyəsi kəskin artıb

Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi kəskin artıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Milli Hidrometeorologiya Xidmətinin 28 iyun saat 08:30-a olan məlumatına əsasən, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 28 iyun saat 07:00-la müqayisədə 9 sm artıb, 27 iyun saat 08:00-la müqayisədə isə 88 sm çox olub və su sərfi 810 m3/san olmaqla ongünlük normanın 200 faizini təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə