AQSİA #GöyçayFest festivalında iştirak edib

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) 10-a yaxın üzvü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Göyçay Peşə Hazırlığı Mərkəzi və Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Aqroturizm və Məşğulluq” (#GöyçayFest) festivalında iştirak edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, festivalda kənd təsərrüfatı və aqroturizm istiqamətində fəaliyyət göstərən sahibkarların məhsullarının satış-sərgisi keçirilib.

AQSİA-nın üzvü Məhəbbət İbrahimova bildirib ki, bu kimi satış-sərgilərin keçirilməsi kiçik sahibkar xanımlar üçün böyük dəstəkdir. Eyni zamanda, sahibkarların bir-biri ilə əməkdaşlığına ciddi təkan verən bu kimi sərgilərə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası xüsusi önəm verir.

Bütün xəbərlər Facebook səhifəmizdə