Deputat Zərdab rayonunda Heydər Əliyev Mərkəzində qəbul keçirib - FOTOLAR

Millət vəkili Jalə Əliyeva bu gün növbəti dəfə Zərdab rayonunda Heydər Əliyev Mərkəzində qəbul keçirib. SİA-nın verdiyi məlumata görə, qəbulda 30 nəfər Zərdab sakininin müraciətləri dinlənilib. Müraciətlərin bir hissəsi yerindəcə araşdırılıb, mümkün olan köməkliyin göstərilməsi üçün əlaqədar qurumlarla telefon danışığı aparılıb. Bəzi məsələlərlə bağlı deputata yazılı müraciət edilməsi tövsiyə olunub. Səhər saat 10-da Ulu Öndər Heydər Əliyevin heykəli önünə gül-çiçək dəstələrinin düzülməsi ilə başlanan qəbul saat 15-ə qədər davam edib. Qəbulda Zərdab rayon İcra Hakimiyətinin şöbə müdürü Zinhar Bayramov və Aran Regional Məşğulluq filialının Zərdab rayon xidmət şöbəsinin müdiri Şəhriyar Şükürzadə iştirak ediblər.

Millət vəkili Jalə Əliyeva həmçinin bu gün Zərdab rayonunda keçirdiyi qəbul sırasında Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Vüsal Yusifov və mərkəzin bir qrup gənc fəalıyla görüşüb, fikir mübadiləsi aparıb. Jalə Əliyeva qəbulda iştirak edən gənclərin timsalında Zərdab rayonunun gələcəyinə ümid bəslənən bir nəslin yetişdiyinə əminliyini ifadə edib. Qəbulda rayonun ictimai fəal gənclərinin deputat Jalə Əliyeva ilə yaxın günlərdə geniş görüşünün keçirilməsi təklifi irəli sürülüb. Təklif razılıqla qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...