“QHT ziyarətləri” layihəsi davam edir - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi “QHT ziyarətləri” layihəsi çərçivəsində Bakı şəhərində növbəti görüşlər keçiriblər. SİA xəbər verir ki, layihə çərçivəsində Bakı şəhərində yerləşən Milli QHT Forumu və Beynəlxalq Avrasiya Mətbuat Fondu ictimai birliklərin ofisləri ziyarət edilib.

“QHT ziyarətləri”ndə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Agentliyin məsul əməkdaşları iştirak ediblər.
Görüşlər zamanı QHT sədrləri Umud Mirzəyev, Rauf Zeyni və Milli QHT Forumuna üzv olan QHT-lərin sədrləri Qorxmaz İbrahimli, Eyyub Hüseynov, İradə Rzazadə, Tünzalə Cavadova, Ayaz Hüseynov, Ramil Əliyev , Nərmin Kərimova və İlham İsmayılov öz fəaliyyətləri haqqında geniş məlumat veriblər. Onların təklif və problemləri dinlənilib.

#QhtAgentliyi #NgoAgency #QHTziyarətlərlayihəsi

Bütün xəbərlər Facebook səhifəmizdə